Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanlar  unudulmur” mövzusunda tədbir keçirilmişdir.

21.04.2022

21.04.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Almalıq kənd kitabxana filialında Aprel döyüşlərində şəhid olmuş Qəhrəman oğullarımızın əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar  unudulmur” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Kəlbəcər rayonun 34 saylı tam orta məktəbin şagirdləri iştirak edirdi. Tədbiri kitabxana müdiri Adil Mehralıyev açaraq bildirdi ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi, xalqımızda Ordumuza olan inamı daha da artırdı.
Milli Ordumuzun aprel döyüşlərindəki böyük qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti bu münaqişəni hərbi yolla həll etmək iqtidarına malikdir. Aprel döyüşləri bir daha təkrar olunarsa, Ermənistanın bütün işğal planlarının alt-üst olacağı şübhəsizdir.
   Azərbaycan ordusunun aprel qələbəsinin gətirdiyi ruh yüksəkliyini nəzərə alaraq Prezident İlham Əliyev «Aprel döyüşləri Azərbaycan Respublikasının hərb tarixinə salınmalıdır» deyərək bu qələbəni yüksək qiymətləndirmişdir.

Aprel döyüşləri Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu göstərdi. Bu qələbə hamı kimi məktəbli-gənclərimizdə də böyük qürur hissi yaratdı. Şagirdlərdə vətənpərvərlik hissinin artmasına, dövlətimizə və dövlətimizin qüdrətinə inamı artırdı.Bunun bariz nümunəsi olaraq Milli Ordumuz 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq 30 ildən artıq işğal altında olan torpaqlarımızın azad olmasından danışdı.

 

101.5 KB